Baş Prokurorluğun "İnstagram" hesabı təsdiqləndi
09:38 21 Yanvar 2021
Baş Prokurorluğun daha bir sosial şəbəkəsi rəsmi olaraq təsdiqlənib.
Bu barədə "Report"a qurumun Mətbuat xidmətindən məlumat verilib.
"Hazırda sosial şəbəkələr informasiya mübadiləsində ən önəmli vasitələrdən birinə çevrilib.
Azərbaycan Respublikasının Baş Prokurorluğunun Mətbuat xidməti tərəfindən prokurorluq orqanlarının fəaliyyətinə dair məlumatların operativ şəkildə əhaliyə, o cümlədən kütləvi informasiya vasitələrinə çatdırılmasını təmin etmək üçün facebook, instagram, twitter, youtube, telegram sosial şəbəkələrindən istifadə olunur.
Yanvarın 21-də isə Azərbaycan Respublikasının Baş Prokurorluğunun "İnstagram" səhifəsi – (link: https://www.instagram.com/prokurorluq/) rəsmi olaraq mavi nişan vasitəsi ilə təsdiqlənib.
Xatırladaq ki, ötən il noyabrın 26-da isə Azərbaycan Respublikasının Baş Prokurorluğunun "Facebook" səhifəsi – (link: https://www.facebook.com/prokurorluq/) rəsmi olaraq mavi nişan vasitəsi ilə təsdiqlənib.
“Verified Page”, yəni təsdiqlənmiş səhifə mənasını bildirən mavi nişanın köməyi ilə orijinal səhifənin saxta səhifələrdən ayırd edilməsidir.
Məsələ ilə bağlı Baş Prokurorluğunun Mətbuat xidməti ilə əlaqə saxlayan zaman qurumdan "Facebook" və “İnstagram” səhifələrinin rəsmi olaraq mavi nişan vasitəsi ilə təsdiqlənmələrinə Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti tərəfindən köməklik edildiyi bildirildi", Mətbuat xidmətindən bildirilib.
Femida.az
Oxunub: 500
Oxşar xəbərlər
- Hesablama Palatası AzTV-də yoxlamalara başlayıb
- Ukrayna Baş Qərargahı: “Rusiyanın daha 45 qanadlı raketi, 4 helikopteri vurulub”
- Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiyanın 44 tankı məhv edilib"
- Azərbaycanda hərbi xidmətə növbəti çağırış başlayıb
- Ukrayna Baş Qərargahı: "Rusiyanın itkiləri 59 mini keçib"
- ABŞ səfirliyi Anım Günü ilə bağlı Azərbaycana başsağlığı verib
- Zakir Həsənov şəhid ailələrinə başsağlığı verib
- Ukrayna Baş Qərargahı Rusiyanın itkilərinin sayını açıqlayıb
- Melitopol şəhərində partlayış baş verib
- Ukrayna Baş Qərargahı Rusiyanın itkilərini açıqlayıb