Azərbaycanda 260 minə yaxın tələbə var
10:17 21 Yanvar 2021

2020/2021-ci tədris ilinin əvvəlinə ölkədə fəaliyyət göstərən 61 orta ixtisas təhsil müəssisəsində 60,0 min tələbə təhsil alıb, onların 62,4 faizini qadınlar təşkil edib.
Dövlət Statistika Komitəsindən Femida.az-a verilən məlumata görə, Azərbaycanda bakalavr və magistrlərin hazırlanmasını həyata keçirən 40 dövlət və 12 qeyri-dövlət ali təhsil müəssisəsində, eləcə də 26 elmi təşkilatda təhsil alanların sayı 198,7 min nəfər olub ki, onların da 48,9 faizini qadınlar təşkil edib.
2020-ci ildə ölkənin ali təhsil müəssisələrinə 45,0 min nəfər tələbə qəbul olunub və qəbul geniş profilli ixtisas siyahısına uyğun olaraq həyata keçirilib.
Bakalavriatura səviyyəsinə qəbul olunan tələbələrin ümumi sayında ödənişli əsaslarla təhsilə qəbul olunanların xüsusi çəkisi 50,4 faiz olub ki, onların da 77,8 faizi dövlət ali təhsil müəssisələrinin payına düşür. Hazırda dövlət ali təhsil müəssisələrinin əyani şöbələrində oxuyan tələbələrin 48,9 faizi təqaüd alır.
Ölkənin ali təhsil müəssisələrində Azərbaycan vətəndaşları ilə yanaşı, 84 xarici ölkədən 5,7 min tələbə də təhsil alır.
Əcnəbi tələbələrin sırasında Türkiyə, İran, Gürcüstan, Rusiya, Türkmənistan, Nigeriya və Pakistan İslam Respublikasının vətəndaşları üstünlük təşkil edirlər.
2020/2021-ci tədris ilinin əvvəlinə xarici ölkələrdə dövlət xətti ilə təhsil alan tələbələrin sayı 975 nəfər təşkil edib. Xaricdə təhsil alan gənclərin 37,5 faizi Bakı, 62,5 faizi isə Azərbaycanın müxtəlif regionlarında yerləşən məktəblərin məzunlarıdır. Tələbələrin əksəriyyəti Macarıstan, Türkiyə, Rusiya, Çin, Latviya və Birləşmiş Krallığın ali təhsil müəssisələrində təhsil alır.
Femida.az
Oxunub: 457
Oxşar xəbərlər
- Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin sayı açıqlanıb
- Baş prokurorluq tələbə qızın intiharı ilə bağlı məlumat yaydı
- Tələbə qız özünü dənizə ataraq intihar edib
- Nazirlik direktorun tələbəni təhqir etməsi ilə bağlı araşdırmalara başladı
- Tələbələrin 50 faizi dövlət büdcəsi hesabına təqaüd ala biləcək
- Köçürülmə üçün müraciət edən tələbələrin sayı açıqlanıb
- Tələbələrin köçürülməsi üçün sənəd qəbulu başa çatır
- Tələbələrin köçürülməsi başladı - Fevralın 7-dək davam edəcək
- Bu tələbələr köçürülmə prosesində iştirak edə bilməz
- Gələn həftədən tələbələrin köçürülməsi prosesinə başlanılır