6 ayda məhkəmələrdə nə qədər həbs qərarı verilib? - STATİSTİKA


11:41     21 Yanvar 2021 2020/08/mehkeme_esas_1597837766.jpg


Ötən ilin birinci yarısında Azərbaycanda 3 nəfər ömürlük azadlıqdan məhrum edilib.

Dövlət Statistika Komitəsindən Azvision.az-ın sorğusuna cavab olaraq bildirilib ki, 2020-ci ilin birinci yarısında 4114 nəfər birinci instansiya məhkəmələrində məhkum olunub. Bunlardan 1819 nəfəri müəyyən müddətə azadlıqdan məhrum edilib. Belə ki, 682 nəfərə 2 ilə qədər, 779 nəfərə 2ildən 5 ilə qədər, 289 nəfərə 5 ildən 10 ilə qədər, 69 nəfərə 10 ildən 20 ilə qədər həbs cəzası verilib.

Ötən ilin ilk 6 ayında 54 nəfər ictimai işlərlə, 277 nəfər islah işləri ilə cəzalandırılıb. 236 nəfərə cərimə tətbiq edilib, 433 nəfər şərti məhkum olunub.

Femida.az

Açar sözlər: #məhkəmə   #məhkum   #həbs  

Oxunub: 1526