Ötən il Azərbaycanda 200-dən çox yanğın olub


12:31     21 Yanvar 2021 21_01_21_1611217922.jpg


Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən respublika ərazisində 2019-cu və 2020-ci illər ərzində təhqiqatı aparılmış yanğınların statistik göstəricilərinin müqayisəli təhlili aparılıb.

Bu barədə Femida.az-a FHN-in Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, 2020-ci il ərzində Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən əhali, müəssisə və təşkilatlarda aparılan profilaktiki və maarifləndirmə tədbirlərinin nəticəsi olaraq, insan tələfatı 4, xəsarət alanların sayı 113 fakt, yanğınların vahid statistik uçotuna daxil edilmiş yanğınların ümumi sayı 203, yaşayış sektorunda yanğınlar 157, ticarət obyektlərində 22, əkin sahələrində yanğınların sayının isə 14 fakt az qeydə alındığı müəyyən edilib.

Femida.az

Açar sözlər: #FHN   #yanğın  

Oxunub: 344