Erməni KİV: Qarabağda 2300-dən çox erməni itkin düşüb


12:58     21 Yanvar 2021 2021/01/lkklk-1611219311_1611219940.jpg

Qarabağda 2320 nəfər erməni itkin düşüb.

Azvision.az –ın məlumatına görə, bununla bağlı erməni KİV-ləri xəbər yayıblar. Qeyd edilir ki, bu dəhşətli rəqəm itkin düşən şəxslərin yaxınlarının kömək üçün vətəndaşların qəbul mərkəzinə müraciət etmələrindən sonra üzə çıxıb.

“Rusiya Müdafiə Nazirliyi, axtarışda olan 2320 nəfərlə bağlı yardım üçün Dağlıq Qarabağda yaradılan qəbul mərkəzinə müraciət ünvanlandığını bildirib. Xatırladaq ki, Ermənistan hakimiyyəti dövlət sirlərinə istinad edərək itkin düşənlərin sayını gizli saxlayır” - deyə məqalədə yazılıb.

Femida.az

Açar sözlər: #Qarabağ   #erməni  

Oxunub: 719