4 rayonda əməliyyat: 9 qanunsuz silah götürüldü
13:06 21 Yanvar 2021
Daxili işlər orqanları tərəfindən 4 rayonda qanunsuz silah saxlayanlara qarşı əməliyyat keçirilib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Femida.az-a verilən məlumata görə, Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Dəllər Cırdaxan kəndi ərazisində Əliyaqublu kənd sakini A.Abdullayevdən müvafiq sənədləri olmayan “İJ-18E” markalı ov tüfəngi aşkar edilərək götürülüb.
Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon sakinləri X.Qurbanovdan və V.Qurbanovdan “BM” markalı ov tüfəngləri və 13 ədəd patron, Q.Orucovdan “TOZ-16”, S.Eyvazovdan “İJ-16”, R.Sultanovdan “İJ-17”, N.Əhmədovdan isə “İJ-58” markalı ov tüfəngləri aşkar edilərək götürülüb.
Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Günəşli kənd sakini A.Həsənovdan müvafiq sənədləri olmayan ov tüfəngi aşkar edilərək götürülüb.
Qax Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Qaxingiloy kənd sakini, əvvəllər məhkum olunmuş F.Mustafazadədən 33 qramdan artıq marixuana və “Makarov” tipli tapança, habelə gizlətdiyi 435 qram marixuana aşkar edilərək götürülüb.
Femida.az
Oxunub: 499
Oxşar xəbərlər
- 42 yaşlı kişi bıçaqlandı
- 40 erməni zabitini məhv edən Elyar Vəliyev kimdir? - Xüsusi təyinatlı əfsanə
- 44 günlük müharibədə dostlaşdı, qayıdıb gördü ki, Şuşada polis rəisidir... (FOTO)
- 41 minə yaxın şəxs vaksinasiya olundu
- 40 erməni hərbçi Kəlbəcərə girmək istədi - Azərbaycan qəti tədbirlər gördü
- 400 min manatlıq dələduzluqda təqsirləndirilən şirkət rəhbərinin məhkəməsi başlayır
- 4 məktəb direktoru işdən çıxarıldı
- 408 qaziyə əlillik dərəcələri təyin olunub
- 40 xüsusi texnika və 2 min şəxs Bakını dezinfeksiya elədi (VİDEO)
- 40 kq narkotik dövriyyədən çıxarılıb