Piyadanı vurub qaçan şəxs tutuldu


15:54     21 Yanvar 2021 1411037493_shirvanda-ogru-deste-tutuldu-cenubnews.jpg

Sabirabad şəhərində piyadanı vuraraq hadisə yerindən qaçan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a bildiriblər ki, Sabirabad şəhərində müəyyən edilməmiş avtomobillə yolu keçən şəhər sakini Y.Ataşov vurulub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən Y.Ataşovun vəziyyəti qənaətbəxşdir.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol qəzasını törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “VAZ-2106” markalı avtomobilin sürücüsü, Suqovuşan kənd sakini H.Məmmədov müəyyən edilərək saxlanılıb.

Hadisə ilə bağlı Sabirabad Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 434