Qəsdən adam öldürmə cinayətləri 30% azalıb - Hərbi Prokurorluq


16:00     21 Yanvar 2021 2021/01/fffff_1611230875.jpg

2019-cu illə müqayisədə 2020-ci ildə qeydə alınmış qəsdən adam öldürmə cinayətləri 30% azalıb.


Femida.az xəbər verir ki, bu barədə Hərbi Prokurorluğun kollegiya iclasında bildirilib.

Qeyd edilib ki, hakimiyyətdən sui-istifadə etmə cinayətləri 71,7 %; odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talama və ya hədə qorxu ilə tələb etmə cinayətləri 53,8%; tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma cinayətləri 69,5 %; xuliqanlıq cinayətləri 83,3 %; mülkiyyət əleyhinə olan cinayətlər isə 57,5 % azalıb.

Femida.az

Açar sözlər:

Oxunub: 563