Məsuliyyətə cəlb olunan Hərbi Prokurorluq işçilərinin SAYI


16:23     21 Yanvar 2021 2021/01/herbi-prokurorluq_1611231524.jpg

2020-ci ildə intizam pozuntusuna yol verən 4 hərbi prokurorluq əməkdaşına “şiddətli töhmət”, 11-nə isə “töhmət” elan edilib.


Femida.az xəbər verir ki, bu szləri ötən ilin yekunlarına dair kollegiya iclasında çıxışedən hərbi prokuror Xanlar Vəliyev deyib. O bildirib ki, hərbi prokurorluq orqanlarında xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi də diqqət mərkəzində saxlanılıb, bu sahədə aşkar olunan hər hansı nöqsan və pozuntuya qarşı prinsipiallıq mövqeyindən yanaşılmaqla müvafiq tədbirlərin görülməsi təmin edilib:

"Hesabat dövründə xidməti fəaliyyətində yol verdikləri nöqsanlara və pozuntulara görə 19 hərbi prokurorluq işçisi intizam məsuliyyətinə cəlb olunub. Onlardan 1-i prokurorluq orqanlarından xaric edilib, 1-i aşağı vəzifəyə keçirilib, 2-si vəzifədən azad olunub".

Femida.az

Açar sözlər:

Oxunub: 624


Oxşar xəbərlər