Abşeron rayonunda karantin qaydalarını pozan kafe aşkarlanıb


17:13     21 Yanvar 2021 2021/01/16112322844426617839_1000x669_1611234908.jpg

Abşeron rayonunda karantin qaydalarını pozaraq müştərilərə yerində xidmət göstərən kafe aşkar edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsinin əməkdaşları inzibati ərazidə xidmət aparan zaman Masazır qəsəbəsi ərazisində karantin rejiminə əməl etməyərək fəaliyyət göstərən “Şəki” kafesini aşkarlayıblar. Obyektin fəaliyyəti dərhal polislər tərəfindən dayandırılıb, kafenin sahibi R.Nəbiyev və 9 müştəri saxlanılaraq polis idarəsinə gətirilib. Müştərilər barəsində inzibati qaydada tədbirlər görülüb və onların hər biri 200 manat məbləğində cərimə edilib. Həmin şəxslərlə profilaktik söhbətlər aparılıb və karantin qaydalarına əməl olunmasının vacibliyi bir daha onların diqqətinə çatdırılıb.

Kafe sahibinin qanunsuz hərəkətlərinə hüquqi qiymət verilməsi üçün barəsində toplanan materiallar məhkəməyə göndərilib.

Femida.az

Açar sözlər:

Oxunub: 823