"ƏDV geri al" layihəsi çərçivəsində vətəndaşlara 33,4 mln. manat qaytarılıb
18:16 21 Yanvar 2021
Azərbaycanda 2020-ci il ərzində "ƏDV geri al" layihəsi çərçivəsində vətəndaşlara 33,4 mln. manat vəsait qaytarılıb.
Femida.az xəbər verir ki, bu barədə Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" hesabında yazıb.
Nazirin sözlərinə görə, ilin innovasiya layihəsi nominasiyasının qalibi seçilən "ƏDV geri al" həm vətəndaşlar, həm də biznes ictimaiyyəti tərəfindən 2020-ci ilin ən uğurlu layihələrindən biri kimi qiymətləndirilir.
Qeyd edək ki, əlavə dəyər vergisinin qaytarılması üçün yaradılan informasiya sistemi bir sıra bankların elektron bankçılıq həllərinə inteqrasiya olunacaq.
Xatırladaq ki, ötən ilin may ayından etibarən pərakəndə ticarət və ya iaşə obyektlərindən alınan mallara görə ödənilən ƏDV-nin bir hissəsinin geri qaytarılması məqsədilə yaradılan xüsusi portal vətəndaşların istifadəsinə verilib.
Oxunub: 475
Oxşar xəbərlər
- ƏDV-nin qaytarılması ilə bağlı YENİLİK OLACAQ - Gələn il yanvarın 1-dən... VİDEO
- ƏDV üzrə artıq ödənilmiş vəsaitlərin qaytarılması ilə bağlı “Vahid elektron lövhə” yaradılıb
- ƏDV-dən azad olunan publik hüquqi şəxslərin sayı artırılıb
- ƏDV faizlərini geri alanlar üçün ikiqat qazanc!
- ƏDV-nin qaytarılması ilə bağlı YENİLİK
- ƏDV-nin geri alınmasında yaranan çətinliklə bağlı rəsmi açıqlama
- ƏDV-nin qaytarılması necə heyata keçiriləcək? - ŞƏRH
- ƏDV-nin geri qaytarılması üçün portal yaradıldı - VİDEO
- ƏDV-ni geri al - Yeni portal yaradıldı