Ötən il Bakı Şəhər Prokurorluğunun 8 əməkdaşı cəzalandırılıb
19:34 21 Yanvar 2021

Yanvarın 21-də Bakı Şəhər Prokurorluğu orqanları tərəfindən 2020-ci il ərzində cinayətkarlığa və hüquq pozuntularına qarşı mübarizə, qanunçuluğun möhkəmləndirilməsi, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi sahəsində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş videokonfrans formatında əməliyyat müşavirəsi keçirilib.
Femida.az -ın məlumatına görə, əməliyyat müşavirəsində qeyd olunub ki, hesabat dövründə xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi, fəaliyyətlərində qanunsuzluq hallarına və prokurorluq işçisinə yaraşmayan hərəkətlərə yol verən işçilərə münasibətdə tələbkarlıq artırılıb.
2020-ci il ərzində Baş Prokurorluq üzrə müvafiq əmrlərlə şəhər prokurorluq orqanlarının əməkdaşlarından əmək və icra intizamını pozan 8 nəfər intizam məsuliyyətinə cəlb edilib, onlardan 1 nəfər tutduğu vəzifədən azad olunub, 5 nəfərə töhmət elan edilib, 1 nəfərə irad tutulub, 1 nəfər rütbədən məhrum edilməklə prokurorluq orqanlarından xaric olunub.
Oxunub: 383
Oxşar xəbərlər
- Ötən il 3300-dən çox məhkumun cəzası azaldılıb
- Ötən il 400-dən çox hüquqi akt layihəsi təhlil edilib
- Ötən ildən bağlı qalan oğurluğun üstü açıldı
- Ötən il bu qanunun pozulmasına görə tətbiq olunan 27,5 milyon manatdan çox cərimə yazılıb
- Ötən gün cinayət törətməkdə şübhəli bilinən 48 nəfər tutulub - RƏSMİ
- Ötən gün axtarışda olan 44 nəfər saxlanılıb
- Ötən ay DMX-a 7208 müraciət daxil olub
- Ötən il ən çox qayda pozuntusu sürət həddinin aşılması olub
- Ötən il sahibkarlara 358 milyon manat yardım edilib
- Ötən 24 saatın kriminal XRONİKASI