Sumqayıt bulvarında dənizdə meyit tapılıb


20:43     21 Yanvar 2021 21_01_21_1611247317.jpg

Sumqayıt bulvarında dənizdə meyit tapılıb.

Femida.az -ın xəbərinə görə, meyit bulvarın “Priçal” deyilən hissəsində aşkar olunub.

Meyiti tapılan şəxsin 1994-cü il təvəllüdlü Bayramov Qoşqar Ərşad oğlu olduğu müəyyən olunub. İlkin araşdırmalara görə, 27 yaşlı gəncin intihar etdiyi ehtimal olunur.

Meyit aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 745