Azərbaycanda jurnalist qətlə yetirilib - FOTO


21:05     21 Yanvar 2021 21_01_21_1611248806.jpg

Şəmkir rayonunda qətl hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Qədim Qala kəndində törədilib. Kənd sakini, 1985-ci il təvəllüdlü Əliyev Bəxtiyar Adil oğlu odlu silahla qətlə yetirilib.

Hadisə yerinə hüquq-mühafizə orqanların əməkdaşları cəlb olunub. Məlumata görə, Bəxtiyar Əliyevi yaxın qohumu Vasif Aslanov (dayısı oğlu) qətlə yetirib.

Qeyd edək ki, mərhum bölgədə fəaliyyət göstərən qəzetlərdən birinin redaktoru olub.

Açar sözlər:

Oxunub: 726