Parlamentin komitəsi onlayn iclas keçirəcək


10:55     22 Yanvar 2021 milli-meclis.jpg

Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin onlayn iclası keçiriləcək.

Femida.az xəbər verir ki, iclasın gündəliyinə 4 məsələ daxil edilib. Bunlar aşağıdakılardır:

1.2020-ci ilin payız sessiyası dövründə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin gördüyü işlər barədə hesabatı və 2021-ci ilin yaz sessiyası üçün iş planı haqqında.

2.“İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

3.“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

4.Cari məsələlər.

Femida.az

Açar sözlər:

Oxunub: 576