Bakıda ən çox qəzalar bu küçə və prospektlərdə olur
11:05 22 Yanvar 2021

Bakıda yol-nəqliyyat hadisələrinin daha çox qeydə alındığı küçə və prospektlərin adları açıqlanıb.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov Femida.az-a bildirib ki, ən çox yol qəzaları paytaxtın Ziya Bünyadov prospekti (19 hadisə, 6 ölüm,18 xəsarət), Babək prospekti (10-1-9), Neftçilər prospekti (9-3-16), Fətəli Xan Xoyski (7-1-6), Nobel prospekti (7-6-5), Qara Qarayev (10-2-10), Gəncə prospekti (5-3-3), Lökbatan-Xocahəsən yolu (11-8-9), Məhəmməd Hadi küçəsi (14-2-12), R. Rüstəmov küçəsi (7-4-8), Ağa Neymətulla (9-1-8), B. Çobanzabə (4-1-5), Koroğlu Rəhimov (6-1-6), Həsən Əliyev küçəsində (4-0-4) qeydə alınıb.
Həmin ünvanlarda baş verən 161 yol-nəqliyyat hadisəsində 56 nəfər ölüb, 146 nəfər xəsarət alıb. Bu qəzalar ümumi hadisələrin 35 faizini, ölənlərin 33.1, yaralananların isə 37.7 faizini təşkil edir.
Femida.az
Oxunub: 390
Oxşar xəbərlər
- Bakıda qaydaları pozan daha bir neçə kafe və restoran cərimələnib - SİYAHI
- Bakıda "Opel" yanıb
- Bakıda yaşayış binasında yanğın olub, zərərçəkən var
- Bakıda ilk bio-smart dayanacaq quraşdırılıb
- Bakıda DƏHŞƏTLİ QƏZA - Ana və uşağı maşın belə vurdu
- Bakıda yaşayış binasında yanğın olub, sakinlər təxliyə edilib
- Bakıda 45 yaşlı kişi bıçaqlandı
- Bakıda 22 yaşlı gənc öldürülüb, qatili axtarılır
- Bakıda yük avtomobilləri toqquşub
- Bakıda anasını öldürmək istəyən şəxs yenidən məhkəmə qarşısında