Sürücülük vəsiqəsin özünüzlə daşımağa ehtiyac qalmayacaq


11:20     22 Yanvar 2021 surucu%20vesiqe.jpg

Milli Məclisin yaz sessiyasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik müzakirə ediləcək.

Femida.az-ın məlumatına görə, dəyişiklik yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalarla bağlıdır.

Təklif edilən dəyişikliklərə əsasən, sürücülər üçün sürücülük vəsiqəsi, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi və digər sənədlərin daşınması tələbi aradan qaldırılır.

Şəxsin nəqliyyat vasitələrini idarə etmək hüququ və onun avtomobilə sahiblik hüququnun olması Dövlət Yol Polisi əməkdaşları tərəfindən bort-kompüterlər vasitəsilə yoxlanılır.

Femida.az

Açar sözlər:

Oxunub: 457