Qanuna dəyişiklik edilir - Sürücü hansı hallarda avtoxuluqan sayılacaq?
11:23 22 Yanvar 2021

Azərbaycanda avtoxuliqanlıq hallarının müəyyən edilməsi qaydaları dəyişir.
Femida.az-ın məlumatına görə, bununla bağlı Milli Məclisin yaz sessiyasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik müzakirə ediləcək.
Hazırda İnzibati Xətalar Məcəlləsində avtoxuliqanlıq xətasının anlayışı geniş nəzərdə tutulduğu üçün təcrübədə çətinliklərə və fərqli şərhlərə səbəb olur. Layihədə avtoxuliqanlıq xətasının törədilmə üsulları dəqiq müəyyən edilir. Sürücü aşağıdakı əməlləri törətdikdə avtoxuliqanlıq etmiş sayılır:
-aşkar surətdə iki və ya daha artıq mexaniki nəqliyyat vasitəsinin iştirakı ilə sürət yarışı həyata keçirdikdə;
-avtomobili və ya motosikli bir və ya daha çox təkərini yolun səthindən qaldırmaqla idarə etdikdə;
-avtomobili qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərini çıxardıqda və ya yolun səthində çoxsaylı təkər izlərini buraxdıqda.
Femida.az
Oxunub: 456
Oxşar xəbərlər
- MN: Hərbçilərin maaşına əlavələr yaxın günlərdə ödəniləcək
- Azərbaycan Prezidenti: “Pakistanla birgə hərbi təlimlərin vaxtı çatıb”
- Zalkaliani: “Gürcüstan regional platformalardan kənarda qalmamalıdır”
- Çavuşoğlu: “XİN başçılarının üçtərəfli görüşü ən qısa zamanda keçiriləcək”
- XİN: Bu, bəzi ölkələrin parlamentarlarının öz qərəzli mövqelərini hər şeydən üstün tutduqlarını göstərir
- MN: Hazırda itkin düşmüş hərbçilərin sayı 28 nəfərdir
- DYP-dən XƏBƏRDARLIQ – Bunu etməyən sürücülər 50 AZN cərimə ediləcək
- Dilçilik İnstitutu: "Qaynar xətt" hazırda fəaliyyət göstərir
- DİN: İşğaldan azad edilmiş ərazilərdə təhlükəsizlik tədbirləri gücləndirilir
- KİV: Rusiya helikopteri Suriyada qəzaya uğrayıb, ölən var