Kiçik qəza zamanı sürücü hadisə yerini tərk edə bilər - YENİLİK


11:30     22 Yanvar 2021 2021/01/491703_1611301559.jpg

Avtomobil yollarında baş verən kiçik yol-nəqliyyat hadisələrinə görə nəqliyyat axınının hərəkətini məhdudlaşdırmamaq və icraatı sadələşdirmək üçün qanuna dəyişiklik edilir.

Femida.az xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi hazırlanıb.

Dəyişikliyə əsasən, yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli olan şəxsin müəyyən edilməsi üzrə tərəflər arasında mübahisə olmadığı və həmin yol-nəqliyyat hadisəsi nəticəsində sağlamlığa zərər dəymədiyi halda sürücü hadisə yerini tərk etməsinə görə inzibati məsuliyyətə cəlb edilmir.

Femida.az

Açar sözlər:

Oxunub: 524