Gürcüstan bütün istiqamətlərə aviareysləri bərpa edir


15:20     22 Yanvar 2021 21_01_22_1611312563.jpg

Fevralın 1-dən Gürcüstanda bütün istiqamətlər üzrə müntəzəm aviareyslər bərpa olunacaq.


Femida.az xəbər verir ki, bu barədə Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natia Turnava bildirib.

Nazirin sözlərinə görə, uçuşlar bütün tibbi protokol qaydalarına riayət olunmaqla həyata keçiriləcək: “Qərara əsasən, Gürcüstanda fəaliyyət göstərən və fəaliyyətini davam etdirən, həmçinin aviasiya bazarına daxil olmaq arzusunda olan bütün aviaşirkətlər müntəzəm uçuşlar təyin edə biləcəklər”.

Açar sözlər:

Oxunub: 416