Kürdəmirdə qatar yeniyetməni vurub


15:51     22 Yanvar 2021 21_01_22_1611312761.jpg

Kürdəmir sakinini yük qatarı vurub.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Dəmir Yolu Vağzalı yaxınlığında qeydə alınıb.

Belə ki, rayonun Xırdapay kənd sakini, 14 yaşlı Vahidov Taleh Hüseyn oğlu dəmir yolundan keçərkən ehtiyyatsızlıq edib. Nəticədə yük qatarı onu vuraraq kənara atıb. Qəza zamanı müxtəlif növ bədən xəsarəti alan Taleh Vahidov yaxınlıqdakı insanların köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılırb.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 672