Şahbaz Quliyevin anası vəfat etdi
17:05 22 Yanvar 2021
Ötən ilin dekabr ayında Ermənistanda girovluqdan azad edilən Şahbaz Quliyevin anası Sənəm Quliyeva vəfat edib.
Femida.az xəbər verir ki, bu barədə "Qafqazinfo”ya mərhumun oğlu İlham Quliyev məlumat verib.
Xatırladaq ki, Şahbaz Quliyev Dilqəm Əsgərovla birgə 2014-cü ildə Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər. Onlar 2020-ci il dekabrın 14-də əsir və girovların qarşılıqlı qaytarılması zamanı Bakıya gətiriliblər.
Bir müddət xəstəxanada müalicə aldıqdan sonra evlərinə buraxılmışdılar. Sosial şəbəkələrdə Şahbaz Quliyevin anası ilə görüşünü əks etdirən videogörüntülər də yayılmışdı.
Oxunub: 547
Oxşar xəbərlər
- Şahbaz Quliyev, Dilqəm Əsgərov və daha 12 nəfər vətənə gətirildi - RƏSMİ
- Şahbaz Quliyev və Dilqəm Əsgərov girovluqdan azad edildi - Bakıdadırlar
- Şahbaz Muradov Azərbaycan Prezidentinin fəxri diplomu ilə təltif olunub
- Şahbaz Quliyevin videogörüntüləri Azərbaycana GÖNDƏRİLDİ
- Şahbaz Quliyevin yeni videosu ailəsinə göstərilb
- Şahbaz Quliyev və Dilqəm Əsgərovlə bağlı müsbət nəticələr olacaq