Yanvar ayı üzrə pensiyaların ödənişi davam etdirilir
20:22 22 Yanvar 2021

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən yanvar ayı üzrə pensiyaların ödənişi davam etdirilir.
Femida.az xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili bildirib.
Onun sözlərinə görə, yanvarın 12-dən başlayaraq, əvvəlcə Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu, sonrakı günlərdə digər bölgələr üzrə pensiyalar ödənilib: “Vətəndaşlar pensiyalarını onlara verilmiş kartlar vasitəsi ilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.
Eyni zamanda, dövlət qulluqçuları, hərbi və xüsusi rütbəli şəxslərin bir qisminə yanvar ayının pensiyaları artıq ödənilib və bu istiqamət üzrə ödəniş yaxın günlərdə tam yekunlaşacaq”.
Femida.az
Oxunub: 576
Oxşar xəbərlər
- Yanvarda Azərbaycan hansı ölkələrə neft ixrac edib? – SİYAHI
- Yanvar ayı üzrə sosial yardımlar ödənildi
- Yanvarın 18-dən vaksinasiya başlayır - RƏSMİ
- Yanvar ayı üzrə pensiyaların ödənişi başladı
- Yanvarın 4-dək ictimai nəqliyyat işləməyəcək
- Yanvarın 1-dən icbari tibbi sığorta haqlarının toplanmasına başlanacaq
- Yanvarın 5-dək küçəyə çıxmaq qadağan edilir? - RƏSMİ CAVAB
- Yanvar-fevral aylarında Azərbaycana 426 min turist gəlib
- Yanvarda DMX-ya 7 min nəfərdən çox şəxs müraciət edib
- Yanvarda 18 nəfər qidadan zəhərlənib