Masallı rayon xəstəxanasının baş həkimi saxlanıldı


21:06     22 Yanvar 2021 21_01_22_1611333557.jpg

Masallı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Cəlil Nəzərov və baş mühasibi Sətulla Məmmədov Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində saxlanılıblar.


Baş Prokurorluğun Mətbuat xidmətindən Femida.az-a bildirilib ki, bu barədə ictimaiyyətə daha sonra rəsmi məlumat veriləcək.

Femida.az

Açar sözlər: #Masallı  

Oxunub: 709