Daşkəsəndə qanunsuz silah saxlayan şəxslər məsuliyyətə cəlb olunub
10:22 23 Yanvar 2021
Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşları qanunsuz silah saxlayan şəxslərə qarşı əməliyyat keçiriblər.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan Femida.az-a verilən məlumata görə,əməliyyat zamanı rayonun Çovdar kənd sakini Nəsib Musayevdən “Escort” markalı, tək lüləli 12 kalibirli, həmkəndlisi və qohumu Əfqan Musayevdən “İJ” markalı tək lüləli, 12 kalibirli və digər həmkəndlisi və qohumundan “İJ” markalı tək lüləli, 16 kalibirli müvafiq sənədləri olmayan tüfəng aşkar edərək götürüb.
Həmin şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590-cı maddəsi ( Mülki silahın və ya döyüş sursatının saxlanılması, daşınması və ya satılması qaydalarının pozulması) ilə protokol tərtib edilərək Daşkəsən rayon Məhkəməsinə göndərilib.
Oxunub: 535
Oxşar xəbərlər
- Daşkəsəndə dövlət müəssəsəsindən 37 min manatlıq oğurluq etmək istəyən dəstə saxlanılıb
- Daşkəsəndə 21 yaşlı oğlan itkin düşüb
- Daşkəsəndə narkotikin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb
- Daşkəsəndə itkin düşənlər minaya düşüblər - DİN
- Daşkəsəndə yaşayış yerini tərk edən koronavirus xəstəsinə cinayət işi açılıb
- Daşkəsəndə 1 yaşlı körpə yanıq xəsarətləri alıb
- Daşkəsəndə avtomobil aşıb, xəsarət alan var
- Daşkəsəndə yaşlı kişinin meyiti aşkarlanıb
- Daşkəsəndə mal-qara oğruları saxlanılıb
- Daşkəsəndə həmyerlisinə balta ilə xəsarət yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb