Vüqar Səfərli apelyasiya şikayəti verib
13:08 23 Yanvar 2021
Ləğv olunan Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçmiş icraçı direktoru Vüqar Səfərli apelyasiya şikayəti verib.
Şikayət həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə verdiyi vəsatətin təmin edilməməsi ilə bağlı qərardan verilib.
Şikayətə Bakı Apellyasiya Məhkəməsində hakim Ramin Qaraqurbanlının sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, Binəqədi Rayon Məhkəməsində V.Səfərli barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri ilə seçilib.
O, KİVDF-yə dövlət büdcəsindən ayrılan vəsaitlərin xərclənməsi zamanı aşkar edilmiş qanun pozuntuları ilə əlaqədar Hesablama Palatasından daxil olmuş materiallar üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işi üzrə həbs edilib.
Ittihama görə, Vüqar Səfərli qeyriləri ilə qabaqcadan əlbir olaraq qeyd edilən mənimsəmə və vəzifə saxtakarlığı cinayətləri üzrə əldə etdiyi xüsusilə külli miqdarda pul vəsaitini kommersiya bankında olan milli və xarici valyutadakı depozit hesablarına 2015-2018-ci illər ərzində cəmi 5 milyon 796 min manatı yerləşdirməklə cinayət yolu ilə əldə edilmiş həmin pul vəsaitlərini külli miqdarda leqallaşdırıb.
İş üzrə toplanmış ilkin sübutlar əsasında Səfərli Vüqar Müzəffər oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq olaraq 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini leqallaşdırma), 308.2 (ağır nəticələrə səbəb olan mühüm zərər vurulmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 308-2.4 (satınalma prosedurları keçirilmədən külli miqdarda ziyan vurmaqla dövlət vəsaitlərini xərcləmə) və 313 (vəzifə saxtakarlığı), Məmmədov Nadir Məhərrəm oğlu isə Cinayət Məcəlləsinin 179.4, 308.2 və 313-cü maddələrinə əsasən təqsirləndirilən şəxs qismində cəlb edilib. / Report
Femida.az
Oxunub: 532
Oxşar xəbərlər
- Vüqar Səfərli kassasiya şikayəti verib
- Vüqar Səfərli müalicə müəssəsinə köçürülüb
- Vüqar Səfərlinin vəsatətləri təmin edilməyib
- Vüqar Səfərli Əli Həsənov və oğlu ilə bağlı məhkəməyə şikayət edib
- Vüqar Səfərlinin əmlakı müsadirə edilib
- Vüqar Səfərli 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib
- Vüqar Səfərlinin məhkəməsi təxirə salınıb
- Vüqar Səfərlinin məhkəməsində mübahisə olub
- Vüqar Səfərlinin məhkəməsində ittiham aktı elan olunub
- Vüqar Səfərlinin məhkəməsi keçirilir