"Azad Rəhimov haqqında deyilənlər həqiqəti əks etdirmir" - Nazirlik rəsmisi


13:32     23 Yanvar 2021 azad%20r.jpg


Gənclər və idman naziri Azad Rəhimovun komaya düşməsi haqqında informasiyalar yalandır.

Bu barədə Azvision.az -a Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova deyib. O bildirib ki, bu informasiyalar reallığı əks etdirmir:

"Azad müəllim yaxşıdır, hər şey qaydasındadır. Dünən mən mətbuat katibi olaraq bəzi tapşırıqlarla əlaqədar özü ilə danışmışam. Hər şey yaxşıdır, narahatçılığa əsas yoxdur".

Qeyd edək ki, bəzi KİV-də ABŞ-da müalicə alan Azad Rəhimovun komaya düşməsi haqqında informasiyalar yayılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 481