"Bullinqi dayandır, həyatı dayandırma" layihəsi davam etdirilir
14:18 23 Yanvar 2021

Təhsil Nazirliyi Təhsildə İnkişaf və İnnovasiyalar üzrə IV Qrant müsabiqəsinin qalibi olmuş "Bullinqi dayandır, həyatı dayandırma" layihəsi davam edir.
Femida.az-ın məlumatına görə, layihə çərçivəsində 8-10 yanvar tarixlərində təlimçi Sənubər Heydərova və psixoloq Asəf Kərimov tərəfindən məktəb psixoloqları üçün “Bullinqə məruz qalmış uşaqlar və ailələri ilə iş”, “Zorakılıq anlayışı və açılışı”, ”Bullinqin yaranma səbəbləri və nəticələri”, ”Təhsil sistemində məktəb psixoloqu tərəfindən həyata keçirilməli olan sosial-psixoloji treninqlər” mövzusunda təlimlər keçirilib.
Həmçinin 15-17 yanvar tarixlərində təlimçi Sevinc Səmədzadə tərəfindən “Gender əsaslı zorakılıq”, "Yeniyetmələrlə iş zamanı gender perspektivi” və psixoterapevt Maarif Məmmədov “Məhrəmiyyət təlimi”,”Cinsiyyət təlimi” mövzusunda təlimlər keçmişdir.Təlimlər interaktiv keçmiş, real keyslər ətrafında müzakirələr aparılıb.
“Bullinqi dayandır,həyatı dayandırma” layihəsinin məqsədi Azəryabcanın müxtəlif rayonlarından olan məktəb psixoloqları üçün bullinq, diskriminasiya, nifrət nitqi mövzusunda sosial incəsənət və teatr əsaslı təlimlər və mentorluq prosesində iştirakı təmin etməkdir.
Femida.az
Oxunub: 438
Oxşar xəbərlər
- Təhsil Nazirliyindən məktəblərlə bağlı AÇIQLAMA
- Virusa görə 4 məktəb distant təhsilə keçdi
- Təhsil Nazirliyinin şöbə müdirinin müavini işdən çıxıb
- Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin sayı açıqlanıb
- Dərs cədvəli məktəb səviyyəsində tərtib edilir - Təhsil Nazirliyindən AÇIQLAMA
- Təhsil nazirindən yeni təyinatlar
- Peşə məktəblərində oxuyanların 88 faizi əyani təhsil ala biləcək
- Azərbaycan və Böyük Britaniya Müdafiə nazirliklərinin hərbi təhsil ekspertləri görüşüb
- Şəhid qızının xaricdə təhsil haqqını “YAŞAT” ödədi - VİDEO
- Təhsil Nazirliyi magistraturada əyani dərslərin başlaması məsələsinə aydınlıq gətirib