Ötən ilin birinci yarısında 79 uşaq məhkum edilib
14:07 23 Yanvar 2021
2020-ci ilin birinci yarısında 14-17 yaş aralığında olan 79 uşaq məhkum olunub. Onlardan 77-si oğlan, 2-si qızdır.
Dövlət Statistika Komitəsindən bildirilib ki, həmin uşaqlardan 13 nəfəri 14-15 yaşda 66 nəfəri isə 16-17 yaşdadır.
Bu dövrdə məhkum olunan uşaqlardan 69 nəfəri hər iki valideyni olan ailədə, 9 nəfəri bir valideyni olan ailədə, 1 nəfəri isə ailədən kənarda (internetdə, uşaq evində və s.) tərbiyə alıb.
Uşaqlardan 16 nəfəri şagird və tələbə, 42 nəfəri işləməyən və oxumayan, 21 nəfəri işləyənlərdir.
Məhkum olunan 14-17 yaşda uşaqlardan 10 nəfəri bir qrup şəxs tərəfindən, 17 nəfəri böyüklərin iştirakı ilə, 52 nəfəri digər vasitələrlə cinayət törədib.
Ötən ilin 6 ayında birinci instansiya məhkəmələrində 19 uşaq müəyyən müddətə azadlıqdan məhrum edilib. Bunlardan 9 nəfəri 5 ilə qədər, 10 nəfəri 5 ildən 10 ilə qədər həbs cəzası alıb.
İctimai işlərlə cəzalandırılanlar 1 nəfər, cərimə tətbiq edilənlər 5 nəfər, şərti məhkum olunanlar 23 nəfər, azadlığın məhdudlaşdırılması ilə cəzalandırılanlar isə 31 nəfərdir. / azvision
Femida.az
Oxunub: 678
Oxşar xəbərlər
- Bakıda reabilitasiya mərkəzində uşaqlara işgəncə verilməsini əks etdirən görüntülər yayılıb
- Bərdədə 6 yaşlı uşaq qəflətən ölüb
- FHN uşaqların təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib
- Bu gündən uşaq bağçalarına elektron qəbul başlayır
- Bakıda 3 yaşlı uşaq evin 2-ci mərtəbəsindən yıxılaraq xəsarət alıb
- Ukraynada müharibədə 338 uşaq ölüb
- Bakıda 10 yaşlı uşaqlar yol qəzasında xəsarət alıb
- Valideynlərini itirmiş uşaqlar ilk dəfə işə düzələrkən 265 manat kompensasiya alacaqlar
- Atası marketə düşdü, uşaq maşını işə salıb aşırdı
- DİN: Son 2 gündə bulvarda itkin düşən 17 uşaq tapılıb