İstanbul-Bakı aviareysi ilə gələn şəxsdən qızıl sikkələr aşkar edilib


15:32     23 Yanvar 2021 big_1406195432_teyya.jpg

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə xeyli miqdarda qızıl məmulatlarının gömrük nəzarətindən gizli keçirilərək qaçaqmalçılıq yolu ilə gətiriləcəyinə dair əməliyyat məlumatı daxil olub.

Bu barədə Femida.az-a Dövlət Gömrük Komitəsindən bildirilib.

Məlumata görə, dərhal yaradılan əməliyyat qrupu tərəfindən İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşı Bayramov Tural Fikrət oğlu nəzarətə götürülüb.

Müvafiq yoxlanışlardan sonra gömrük nəzarəti zonasını tərk etmək istəyən Tural Bayramov əməliyyatçılar tərəfindən saxlanılıb və o, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin inzibati binasına dəvət olunub.

Aparılan şəxsi yoxlama zamanı Bayramov Turalın geyindiyi ayaqqabının hər iki tayının içliyinin altında gömrük nəzarətindən gizlədilən, üzərində XIX-cu əsrin sonları və XX-ci əsrin əvvəllərində kəsildiklərinə dair məlumatlar əks olunan 78 ədəd qızıl sikkə aşkar edilib. Sikkələrin ümumi çəkisi 677 qram olub.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 714