Müharibədən qayıdan şəxslərin 5298 müraciətinə baxılıb
16:29 23 Yanvar 2021

Müdafiə nazirinin müvafiq əmri ilə yaradılmış Səfərbərlikdən tərxis edilmiş şəxslərin qəbulu və müraciətlərinə baxılması üzrə komissiyanın fəaliyyəti davam edir.
Müdafiə Nazirliyindən Femida.az-a verilən məlumata görə, Bakı şəhərində fəaliyyət göstərən komissiyaya yanvarın 11-dən 23-ü tarixi də daxil olmaqla 4 214 vətəndaş müraciət edib, onların müraciətlərinin həll olunması üzrə müvafiq tədbirlər görülüb.
Komissiyanın Gəncə şəhəri, Füzuli rayonu və Pirəkəşkül qəsəbəsində fəaliyyət göstərən səyyar qrupları tərəfindən isə 1084 vətəndaşın müraciətinə baxılıb, onların həll olunması üzrə müvafiq tədbirlər görülüb.
Qeyd edək ki, bu günədək komissiya və onun bütün səyyar qrupları tərəfindən vətəndaşların ümumilikdə 966 müraciəti yerində həll olunub.
Femida.az
Oxunub: 724
Oxşar xəbərlər
- Prezident: "Təzminatın ödənilməsi üçün beynəlxalq məhkəmələrdə iddialar qaldırılacaq"
- Bəyanat pozularsa, çox pis olacaq
- İlham Əliyev Xankəndindən danışdı: “Artsax” adında dövlət yoxdur
- İlham Əliyev Rusiya sülhməramlılarını tənqid etdi
- İlham Əliyev: "Azərbaycan ərazisində başqa dilin rəsmi statusu ola bilməz"
- Prezident: "Azərbaycan ərazisində başqa xarici qüvvələrin yerləşməsi müzakirə mövzusu deyil"
- "Sarkisyan vəd vermişdi ki, işğalda olan əraziləri bizə qaytaracaq" - İlham Əliyev
- Azərbaycan Prezidenti: "10 noyabr bəyanatı de-fakto sülh müqaviləsidir"
- "Ermənistandan fərqli olaraq Rusiya texnikasından şikayətlənməmişik"
- Prezident: "Ağdam şəhəri 2-3 il ərzində tam bərpa oluna bilər"