Azərbaycanlılar bir ildə Türkiyədə 1300-ə yaxın ev alıb


17:10     23 Yanvar 2021 The-Istanbul-skyline-at-dus.jpg


2020-ci ildə Azərbaycan vətəndaşları Türkiyədə 1279 daşınmaz əmlak alıb.

Ötən il ölkədə ən çox mənzil alan əcnəbilər içərisində İran vətəndaşları üstünlük təşkil edib. Belə ki, 2020-ci ildə İran vətəndaşları Türkiyədə 7189 daşınmaz əmlak alıb.

İkinci sırada olan Rusiya vətəndaşları 3078 mənzil, üçüncü sırada olan Əfqanıstan vətəndaşları isə 1929 daşınmaz əmlak alıb. Azərbaycan vətəndaşları aldıqları daşınmaz əmlak sayına görə dördüncü yerdədir.

2020-ci ildə əcnəbi vətəndaşlar Türkiyədə 40 min 812 mənzil alıb. Daşınmaz əmlak alan əcnəbilərin sayı əvvəlki illə müqayisədə 10,3 faiz azalıb.

2020-ci ilin təkcə dekabr ayında əcnəbilərə 4427 mənzil satılıb ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 16,4 faiz azdır. / azvision

Femida.az

Açar sözlər: #Türkiyə  

Oxunub: 778