Heydər Əliyev Fondunun hərbçilərimizə dəstəyi davam edir
18:14 23 Yanvar 2021
Azad edilmiş rayonlarda yerləşən qoşunlarımızın təminatının daha da yaxşılaşdırılması ilə bağlı tədbirlər davam etdirilir.
Femida.az xəbər verir ki, Azərbaycanın Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü, Heydər Əliyev Fondunun dəstəyi və “Bravo” supermarketlər şəbəkəsinin təşkilatçılığı ilə bir neçə aydır davam edən dəstək aksiyası çərçivəsində növbəti dəfə Qubadlı rayonunda xidmət edən hərbi qulluqçularımıza zəruri ərzaq məhsulları göndərilib.
2399 bağlama Qubadlı rayonunda müxtəlif istiqamətlər üzrə əsgərlərə çatdırılıb. Ərzaq yardımı Xocavənd rayonundakı hərbi qulluqçularımız üçün də göndərilib.
2700-ə yaxın bağlama fərdi qaydada onlara təqdim olunub. Hərbi xidməti davam etdirən əsgər və zabit heyəti üçün, onların istəkləri nəzərə alınmaqla, müxtəlif qida məhsulları, fərdi qulluq və gigiyenik ləvazimatlardan ibarət bağlamaların çatdırılması işləri davamlı olacaq. Növbəti günlərdə işğaldan azad olunan digər ərazilərə də səfərlər təşkil ediləcək.
Femida.az
Oxunub: 709
Oxşar xəbərlər
- Heydər Əliyev Fondu Mirmahmud Mirəlioğlunun müalicəsini öz üzərinə götürüb
- Heydər Əliyev Fondu aztəminatlı ailələrə sovqat payladı
- Heydər Əliyev Fondu aztəminatlı ailələrə sovqat göndərdi - FOTOLAR
- Mehriban Əliyeva: "Heydər Əliyev Fondu Qarabağda dini abidələrimizin bərpasına başlayır"
- Heydər Əliyev Fondunun dəstəyi ilə şəhidlərin xatirəsinə musiqi kompozisiyası hazırlanıb
- Heydər Əliyev Fondunun dəstəyi ilə istifadəyə verilən 62 təhsil müəssisəsi - SİYAHI
- Heydər Əliyev Fondu 100 mindən çox aztəminatlı ailəyə qurban payı çatdırıb
- Heydər Əliyev Fondu aztəminatlı ailələrə qurban payları çatdırıb
- Heydər Əliyev Fondu daha bir şəhid ailəsinə dəstək oldu
- Heydər Əliyev Fondu 200 min ailəyə ərzaq paylayacaq