Türkiyədə “Sputnik V” peyvəndi istehsal ediləcək


18:55     23 Yanvar 2021 2021/01/_112410389_gettyimages-1209278377_1611413407.jpg

Rusiya Birbaşa İnvestisiyalar Fondu (RBİF) Türkiyənin aparıcı əczaçılıq şirkətləri ilə “Sputnik V” peyvəndinin istehsalına dair saziş imzalayıb.

Femida.az xəbər verir ki, bu barədə RBİF məlumat yayıb.

Fonddan bildirilib ki, Rusiya peyvəndin istehsalına dair texnologiyaların Türkiyəyə verilməsinə başlayıb.

Türkiyədə koronavirusa qarşı ildə bir milyon “Sputnik V” peyvəndinin istehsal olunacağı gözlənilir. Preparatdan həm daxili bazarda istifadə olunması, həm də onun xaricə ixrac edilməsi nəzərdə tutulub.

Femida.az

Açar sözlər: Türkiyə   peyvənd    

Oxunub: 637