İranın koronavirus statistikası


19:25     23 Yanvar 2021 2021/01/_111791000_whatsubject_1611415513.jpg

İranda son sutka ərzində 6207 nəfər koronavirusa yoluxub, 69 pasiyent dünyasını dəyişib.

Femida.az xəbər verir ki, bu barədə İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Sima Səadət Lari bildirib.

Onun sözlərinə görə, ölkədə virusa yoluxanların sayı 1 367 032, ölənlərin sayı isə 57 294 nəfərə çatıb.

Hazırda xüsusi xəstəxanalarda müalicə alan 4106 xəstənin vəziyyəti ağır olaraq qalır. Bununla yanaşı, 1 158 475 xəstə sağalaraq evə buraxılıb.

Femida.az

Açar sözlər: İran   virus    

Oxunub: 636