FHN Xızıda qarlı yolda qalan şəxsləri xilas edib


20:48     23 Yanvar 2021 2021/01/qarli-yol_1611420654.jpeg

Xızı rayonunda minik avtomobili qarlı yolda qalıb.

Femida.az-ın məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 qaynar telefon xəttinə Xızı rayonu Qızılqazma kəndi ərazisində, vətəndaş Mehdiyev Rüfət Rafiq oğluna məxsus “Mercedes” markalı minik avtomobilində 3 nəfər vətəndaşın qarlı yolda bataraq köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Dərhal əraziyə nazirliyin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

Vətəndaşlar və avtomobil FHN in Sumqayıt DYMX in əməkdaşları tərəfindən xüsusi avadanlıqlardan istifadə olunmaqla təhlükəsiz əraziyə çıxarılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 664