Prezident Xalq artistini təbrik etdi
21:20 23 Yanvar 2021

Prezident İlham Əliyev Xalq artisti Eldar Quliyevi 80 illik yubleyi münasibətilə təbrik edib.
Femida.az-ın məlumatına görə, təbrikdə deyilir:
"Hörmətli Eldar müəllim!
Sizi – Azərbaycanın görkəmli kino xadimini 80 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edir, Sizə uzun ömür və möhkəm cansağlığı diləyirəm.
Sizin zəngin yaradıcılığınız milli kino sənətinin parlaq səhifələrindəndir. Dünya kinematoqrafiyasının mühüm nailiyyətlərindən məharətlə bəhrələnərək yaratdığınız çoxsaylı filmlər Azərbaycan kino salnaməsində xüsusi yer tutur.
Siz Azərbaycan mədəniyyəti və tarixinin yetirdiyi görkəmli şəxsiyyətlərə unudulmaz ekran həyatı bəxş etmisiniz. Ölkəmizin hüdudlarından kənarda da Azərbaycan mədəniyyətini müvəffəqiyyətlə təmsil etməyiniz təqdirəlayiqdir. Milli kinematoqrafiyanın inkişafı sahəsində uzunmüddətli səmərəli xidmətlərinizə görə Siz yüksək dövlət mükafatları ilə təltif edilmisiniz. Novator ruhlu böyük yaradıcı şəxsiyyət kimi Sizin daim axtarışlarla dolu sənət yolunuz gənc kinematoqrafçılar nəsli üçün bundan sonra da bir məktəb olacaqdır".
Femida.az
Oxunub: 475
Oxşar xəbərlər
- Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verdi
- Prezident İƏT üzvlərini Zəngəzur dəhlizindən faydalanmağa dəvət edib
- Prezident İlham Əliyev Pakistanın Baş Qərargah rəisini videoformatda qəbul edib
- Prezident hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb
- Prezident və birinci xanım “Akademik Zərifə Əliyeva” gəmisinin suya salınması mərasimində iştirak edib
- Prezident yeni inzibati binanın açılışında
- Prezidentin 4 saatdan çox davam edən mətbuat konfransı Türkiyə mediasında
- Prezident “Notariat haqqında” qanuna dəyişiklikləri təsdiqlədi
- Prezident ordu ilə bağlı tapşırıq verib
- Prezidentdən Qarabağa qayıdışla bağlı mühüm açıqlama