Məzuniyyət pulunu nə vaxt almalıyıq? Hüquqi yardım


19:34     21 Dekabr 2015 995EC1FC-5FEB-4DA1-8509-C71074F2EC98_cx0_cy1_cw0_mw1024_s_n_r1.jpg




Femida.az vətəndaşlara hüquqi yardım layihəsini davam etdirir. Bu dəfə araşdırdığımız mövzu işçilərin məzuniyyət pullarının ödənilməsi qaydası və vaxtı ilə bağlıdır.Mövzu ilə bağlı suallarımızı vəkil Asif Abdullayev cavablandırdı.



Məzuniyyətə çıxan işçiyə "məzuniyyət pulu" nə vaxt ödənilməlidir?





Vəkil Asif Abdullayev: “Bir sıra müəssisələrdə müəyyən səbəblərdən işçinin məzuniyyət pulu (məzuniyyət vaxtı üçün orta əmək haqqı), işçi məzuniyyətə çıxdıqdan sonra, bəzi hallarda isə hətta növbəti ayın əmək haqqısı ilə birlikdə ödənilir. Bu hal əmək qanunvericiliyinə uyğun deyil. Əmək məcəlləsinə əsasən, məzuniyyət pulu, məzuniyyətin başlanmasına ən geci 3 gün qalmış ödənilməlidir. Əks təqdirdə, (əgər əmək müqaviləsində və ya kollektiv müqavilədə başqa hal nəzərdə tutulmayıbsa) işçi tələb edə bilər ki, məzuniyyətinin başlanğıcı, ona məzuniyyət pulunun ödənildiyi gündən hesablansın.

İşçiyə məzuniyyət müddəti başlamamışdan öncə pulun ödənilməsi ona yönəlmişdir ki, işçi məzuniyyətini daha səmərəli keçirə bilsin, digər sözlə desək, işçinin məzuniyyət müddətində xərclik pulu olsun.”


Miri Məcidli
Femida.az

Açar sözlər:

Oxunub: 3291