Dəniz quldurları Türkiyə gəmisinə basqın etdi, bir azərbaycanlı öldürüldü


00:09     24 Yanvar 2021 2021/01/1611431908_31_1611433203.jpg

Nigeriyanın Laqos şəhərindən Cənubi Afrikanın Keyptaun şəhərinə gedən gəminin 19 nəfərlik heyəti olub. Onların arasında azərbaycanlı mühəndisin olduğu bildirilir.


Bu barədə “Haber Global” məlumat yayıb.

İlkin məlumatlara görə, “Boden” adlı Türkiyə şirkətinə məxsus Liberiya bayrağı altında üzən gəminin heyət üzvlərindən 15 nəfəri zorla aparılıb.

Gəminin ikinci mühəndisi öldürülüb. Öldürülən şəxsin azərbaycanlı Fərman İsmayılov olduğu qeyd olunur.

Gəminin dördüncü kapitanı radardan başqa bütün sistemlərin söküldüyünü, gəminin hazırda dəniz quldurlarının verdiyi koordinantlar əsasında hərəkət etdiyini bildirib.

Femida.az

Açar sözlər:

Oxunub: 748