Azərbaycan və Türkiyə XİN rəhbərləri gəmi hücumunu müzakirə edib
09:16 24 Yanvar 2021

Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramovun Türkiyə Respublikasının xarici işlər naziri Mevlüt Çavuşoğlu arasında telefon danışığı baş tutub.
Azərbaycan Xarici İşlər Nazirliyindən verilən məlumata görə, Mevlüt Çavuşoğlu dəniz quldurlarının Türkiyəyə məxsus gəmiyə hücumu nəticəsində gəmi heyətinin azərbaycanlı üzvünün ölümü ilə əlaqədar nazir Ceyhun Bayramova başsağlığı bildirib.
Türkiyə xarici işlər naziri gəmi heyətinin axtarış-xilasetmə işlərinə başlanıldığını söyləyib.
Nazir Ceyhun Bayramov həmkarına təşəkkür edib və xilasetmə işlərinin tezliklə uğurla nəticələnməsini arzulayıb.
Gəmi heyətinin öldürülən azərbaycanlı üzvünün nəşinin Vətənə gətirilməsi üçün əlaqələndirilmiş şəkildə müvafiq tədbirlərin həyata keçiriləcəyi qeyd olunub.
Nazirlər dəniz quldurlarının beynəlxalq hüquqa zidd əməllərini qəti şəkildə qınayıblar.
Oxunub: 604
Oxşar xəbərlər
- Azərbaycanda dərman şirkəti barədə inzibati protokol tərtib edilib
- Azərbaycanda İKT qanunvericiliyi təkmilləşdiriləcək
- Azərbaycanda son sutkada 319 nəfər COVID-19-a yoluxub, 5 nəfər vəfat edib
- Azərbaycanda alim koronavirusdan vəfat etdi
- Azərbaycanda koronavirusa 352 yeni yoluxma qeydə alındı
- Azərbaycan BMT ilə yeni əməkdaşlıq sənədi imzalayıb
- Azərbaycan və Belarus hərbi əməkdaşlıq məsələlərini müzakirə edib
- Azərbaycan və Türkiyə arasında növbəti sənədlər imzalanıb
- Azərbaycan-Türkiyə Mədəniyyət üzrə Birgə Komissiyanın iclası keçirilib
- Azərbaycanda daha 270 nəfər koronavirusa yoluxub, 2 nəfər vəfat edib