Türkiyə Fərman İsmayılovun öldürüldüyü gəmini axtarır
13:36 24 Yanvar 2021

Türkiyə tərəfi Nigeriya sahillərində “Mozart” adlı yük gəmisinin dəniz quldurları tərəfindən qaçırılan heyət üzvlərinin tapılması istiqamətində fəaliyyətini davam etdirir.
Türkiyənin Nigeriyadakı səfirliyi hadisə ilə bağlı rəsmi Abuca ilə sıx təmasdadır. Səfir Ahmet Melih Ulueren “TRT Haber”ə bildirib ki, bu işi gecə-gündüz təqib edəcəyik.
Gəminin hazırda Qabon limanına doğru hərəkətdə olduğu deyilir.
Dəniz quldurları gəminin kabel və texniki hissəsinə ciddi zərər vurublar. Dördüncü kapitan Furkan Yarenin sözlərinə görə, gəminin işarə-kompas sistemində yalnız radarlar çalışır. Ayağından yaralı olduğunu bildirən kapitan qeyd edib ki, gəminin təhlükəsiz bir yerdə lövbər salmasını istəyirlər.
Xatırladaq ki, ötən gün gəmi heyətinin 19 üzvündən 15-i girov götürülüb, 1 nəfər öldürülüb. Öldürülən şəxs azərbaycanlı mühəndis Fərman İsmayılovdur.
Femida.az
Oxunub: 410
Oxşar xəbərlər
- Türkiyə və Xorvatiya XİN başçıları Qarabağı müzakirə ediblər
- Türkiyə səfirliyi Xocalı qurbanlarını andı
- Türkiyəli həkimlər tərəfindən qazilərimizin müayinəsi davam edir
- Türkiyədə zəlzələ oldu
- Türkiyədən gətirilən hind quşu qiyməsi yararsız çıxıb
- Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin sayı açıqlanıb
- Türkiyə və Azərbaycan kosmik sahədə əməkdaşlıq edəcək
- Türkiyəyə yalnız yeni nəsil şəxsiyyət vəsiqəsi ilə getmək olacaq
- Türkiyədə bu gün koronavirusdan 82 nəfər vəfat edib
- Türkiyədə yol qəzasında 2 nəfər ölüb, 10 nəfər yaralanıb