XİN: Azərbaycanlı dənizçinin nəşinin Vətənə gətirilməsi üçün tədbirlər görüləcək
15:37 24 Yanvar 2021

Türkiyəyə məxsus gəmiyə dəniz quldurlarının hücumu nəticəsində öldürülən Azərbaycan vətəndaşı, 1976-cı il təvəllüdlü Fərman İsmayılovun nəşi hazırda gəmi ilə Qabonun Port Jentil limanına yaxınlaşmaq üzrədir.
Femida.az xəbər verir ki, bu barədə Azərbaycan Respubluikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva dəniz quldurlarının hücumu nəticəsində Türkiyəyə məxsus gəmidə öldürülən Azərbaycan vətəndaşının nəşinin Vətənə gətirilməsi ilə bağlı sualı cavablandırarkən bildirib.
"Türkiyə tərəfi ilə qarşılıqlı əlaqələndirmə əsasında nəşin vətənə gətirilməsi üçün müvafiq tədbirlər həyata keçiriləcək. Belə ki, meyit Türkiyənin Qabondakı Səfirliyinin vasitəçiliyi ilə paytaxt Librevilə göndəriləcək. Daha sonra nəşin Türkiyə Hava Yollarının ilk uçuş reysi ilə yanvarın 26-da Türkiyə üzərindən Azərbaycana yola salınması planlaşdırılır", - deyə Leyla Abdullayeva bildirib.
Femida.az
Oxunub: 434
Oxşar xəbərlər
- DİN: İşğaldan azad edilmiş ərazilərdə təhlükəsizlik tədbirləri gücləndirilir
- KİV: Rusiya helikopteri Suriyada qəzaya uğrayıb, ölən var
- Azərbaycan XIN: Sumqayıt şəhərində törədilən qanlı hadisələr Azərbaycana qarşı öncədən düşünülmüş təxribat idi
- Azərbaycan Ermənistana xəbərdarlıq etdi - Qarabağda hərbçilərin yerləşdirməsi ilə bağlı
- İlham Əliyev: “Dağlıq Qarabağ ifadəsini işlətməməliyik” - VİDEO
- MN: Elxan İbrahimov Tibb Baş İdarəsi rəisinin müavini kimi öz vəsifəsini davam etdirir
- Baş prokuror: "Özünü qondarma "DQR"ın rəhbəri elan etmiş şəxsin məsuliyyətə cəlb olunmasına nail olacağıq"
- “Bakı” kafesində atışma: Azərbaycan vətəndaşı öldürüldü
- Dövlət başçısı: “Türkiyə şirkətlərinin burdakı fəaliyyəti üçün yeni imkanlar yaranacaq”
- Prezidentdən tənqid: "Heç bir dövlət şirkəti özü-özünü təmin edə bilmir"