Zahid Zairli: "Canavar" ləqəbli 20 yaşlı şəhidimiz
16:30 24 Yanvar 2021

Vətən müharibəsində qəhrəmancasına döyüşüb şəhidlik zirvəsinə yüksələn əsgərlərimizdən biri də 20 yaşlı Zahiddir.
Femida.az xəbər verir ki, Zahid Azad oğlu Zairli 10 may 2000-ci ildə Yardımlı rayonunun Dəlləkli kəndində anadan olub. 2006-cı ildə Dəlləkli kənd tam orta məktəbinə daxil olub. 2015-2019-cu illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) nəzdində İnşaat Kollecində təhsil alıb.
Təhsilini bitirdikdən sonra, 2019-cu ildə hərbi xidmətə gedib. Zahid əsgərlər arasında keçirilən seçim müsabiqələrini müvəffəqiyyətlə tamamlayıb və XTQ-yə seçilən 25 əsgərdən biri olub. Arzusunda olduğu snayper kimi təlimlərə qatılıb.
O, sentyabrın 27-də Vətən müharibəsi başladıqda ön cəbhədə düşmənlə üz-üzə vuruşmağa başlayıb. Döyüşlərdə fəal iştirak etdiyinə görə yoldaşları arasında “Canavar” ləqəbi ilə tanınıb. Vətən müharibəsi zamanı Murovdağ, Suqovuşan, Füzuli, Cəbrayıl, Hadrut uğrunda gedən döyüşlərdə iştirak edib.
Zahid Zairli oktyabrın 8-də Cəbrayıl rayonu uğrunda gedən döyüşlərdə yaralı yoldaşlarını xilas edərkən ürəyindən snayperlə vurularaq şəhid olub. O, Yardımlı rayonunda dəfn edilib.
Qeyd edək ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevin müvafiq sərancamı ilə şəhid Zahid Zairli “Vətən uğrunda”, “Cəsur döyüşçü”, "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.
Allah rəhmət eləsin!
memorial.az xəbər verir ki, Zahid Azad oğlu Zairli 10 may 2000-ci ildə Yardımlı rayonunun Dəlləkli kəndində anadan olub. 2006-cı ildə Dəlləkli kənd tam orta məktəbinə daxil olub. 2015-2019-cu illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) nəzdində İnşaat Kollecində təhsil alıb.
Təhsilini bitirdikdən sonra, 2019-cu ildə hərbi xidmətə gedib. Zahid əsgərlər arasında keçirilən seçim müsabiqələrini müvəffəqiyyətlə tamamlayıb və XTQ-yə seçilən 25 əsgərdən biri olub. Arzusunda olduğu snayper kimi təlimlərə qatılıb.
O, sentyabrın 27-də Vətən müharibəsi başladıqda ön cəbhədə düşmənlə üz-üzə vuruşmağa başlayıb. Döyüşlərdə fəal iştirak etdiyinə görə yoldaşları arasında “Canavar” ləqəbi ilə tanınıb. Vətən müharibəsi zamanı Murovdağ, Suqovuşan, Füzuli, Cəbrayıl, Hadrut uğrunda gedən döyüşlərdə iştirak edib.
Zahid Zairli oktyabrın 8-də Cəbrayıl rayonu uğrunda gedən döyüşlərdə yaralı yoldaşlarını xilas edərkən ürəyindən snayperlə vurularaq şəhid olub. O, Yardımlı rayonunda dəfn edilib.
Qeyd edək ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevin müvafiq sərancamı ilə şəhid Zahid Zairli “Vətən uğrunda”, “Cəsur döyüşçü”, "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.
Allah rəhmət eləsin!
Femida.az
Oxunub: 844
Oxşar xəbərlər
- DİN: İşğaldan azad edilmiş ərazilərdə təhlükəsizlik tədbirləri gücləndirilir
- KİV: Rusiya helikopteri Suriyada qəzaya uğrayıb, ölən var
- Azərbaycan XIN: Sumqayıt şəhərində törədilən qanlı hadisələr Azərbaycana qarşı öncədən düşünülmüş təxribat idi
- Azərbaycan Ermənistana xəbərdarlıq etdi - Qarabağda hərbçilərin yerləşdirməsi ilə bağlı
- İlham Əliyev: “Dağlıq Qarabağ ifadəsini işlətməməliyik” - VİDEO
- MN: Elxan İbrahimov Tibb Baş İdarəsi rəisinin müavini kimi öz vəsifəsini davam etdirir
- Baş prokuror: "Özünü qondarma "DQR"ın rəhbəri elan etmiş şəxsin məsuliyyətə cəlb olunmasına nail olacağıq"
- “Bakı” kafesində atışma: Azərbaycan vətəndaşı öldürüldü
- Dövlət başçısı: “Türkiyə şirkətlərinin burdakı fəaliyyəti üçün yeni imkanlar yaranacaq”
- Prezidentdən tənqid: "Heç bir dövlət şirkəti özü-özünü təmin edə bilmir"