Əfqanıstanda “Taliban” hərbçilərə hücum etdi, ölən və yaralananlar var


17:33     24 Yanvar 2021 21_01_24_1611495282.jpg

Əfqanıstanda təhlükəsizlik qüvvələri ilə "Taliban" hərəkatının döyüşçüləri arasında baş verən silahlı toqquşma nəticəsində bir neçə hərbçi yaralanıb.

Bu barədə Femida.az “Anadolu” agentliyinə istinadən xəbər verir.

Qeyd edilir ki, hadisə ölkənin şimalında, Balh əyalətində, Şolqere rayonunda olub. “Taliban” döyüşçüləri blokposta hücum ediblər, atışma nəticəsində altı hərbçi xəsarət alıb.

Silahlı toqquşma nəticəsində həmçinin “Taliban”ın beş döyüşçüsü öldürülüb, daha üç nəfər yaralanıb.

"Taliban" hücumla bağlı hər hansı açıqlama verməyib.

Açar sözlər:

Oxunub: 616