Kürdə suyun səviyyəsi yenidən azalıb


18:04     24 Yanvar 2021 21_01_24_1611497105.jpg

Kür çayında suyun səviyyəsi aşağı düşüb.

“Report”un Aran bürosu xəbər verir ki, ölkə ərazisində yağıntıların düşməsinə baxmayaraq, çayın Salyan rayonu ərazisindən keçən hissəsində suyun səviyyəsinin azalması müşahidə edilir.

Proses artıq neçə gündür davam edir. Son bir həftədə Kürdə suyun səviyyəsi 60 santimetr aşağı düşüb.

Hazırda Kürdə saniyədə 300-320 kubmetr su sərfi axır.

Açar sözlər:

Oxunub: 576