Türkiyəyə koronavirus vaksinlərinin növbəti hissəsinin tədarükü başlanır


18:17     24 Yanvar 2021

Bazar ertəsi Türkiyəyə koronavirus vaksinlərinin ikinci partiyasının birinci hissəsi çatdırılacaq.

Femida.az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.

"Vaksinlərin ikinci hissəsi (6,5 milyon doza) ölkəmizə bazar ertəsi axşam gətiriləcək. Çatdırmalar alınma planına uyğun olaraq həyata keçiriləcək ki, vaksinləmə proqramı fasilələrsiz həyata keçirilsin", - nazir qeyd edib.

Türkiyəyə növbəti tədarük çərçivəsində isə peyvəndlərin ümumilikdə 10 milyon dozası çatdırılacaq.

Açar sözlər:

Oxunub: 669