Mərkəzi Bankın avtomobili partladılıb, ölən və yaralananlar var


20:20     24 Yanvar 2021 21_01_24_1611504668.jpg

Əfqanıstanın paytaxtı Kabildə minalanmış avtomobil partladılıb.


Bu barədə Femida.az “Anadolu” agentliyinə istinadən xəbər verir.

Məlumata görə, hadisə paytaxtın cənub-şərqindəki Şah Şəhid rayonunda qeydə alınıb. Partlayış nəticəsində 1 nəfər həlak olub, daha 2 nəfər yaralanıb.

Qeyd edilir ki, avtomobildəki şəxslər Əfqanıstan Mərkəzi Bankının əməkdaşları olub.

Hadisəyə görə məsuliyyəti hələ heç bir qruplaşma üzərinə götürməyib.

Açar sözlər:

Oxunub: 940