Peskov: ABŞ səfirliyinin açıqlaması Rusiyanın daxili işlərinə müdaxilədir
20:42 24 Yanvar 2021
Rusiya Prezidentinin mətbuat katibi Dmitrii Peskov yanvarın 23-də keçirilən icazəsiz aksiyalar barədə ABŞ-ın Moskvadakı səfirliyinin yaydığı açıqlamanı Rusiyanın daxili işlərinə müdaxilə kimi dəyərləndirib.
Femida.az -ın məlumatına görə, D. Peskov “Rossiya 1” telekanalına müsahibəsində deyib ki, ABŞ səfirliyi Rusiyanın 38 şəhərində keçirilən aksiyalar barədə xəbərləri izlədiklərini, dinc aksiyaları və ifadə azadlığını dəstəklədiklərini, hakimiyyətin həyata keçirdiyi tədbirlərin isə bu hüquqların qarşısını almağa yönəldiyini bildirib.
D. Peskov qeyd edib ki, bu, qeyri-korrekt münasibət, dolayı yolla Rusiyanın daxili işlərinə müdaxilə, ölkədə qanunların pozulmasına dəstəkdir: “Əgər Rusiya səfirliyi ABŞ-da iğtişaşlar davam edən zaman bu formada münasibət bildirsəydi, bu, Vaşinqtonda müəyyən diskomfort hissi yaradardı. Ona görə də həmkarlarımıza həmişə bu situasiyalarda özlərini təsəvvür etmələrini məsləhət görürük”.
D. Peskov yanvarın 23-də Moskva və digər şəhərlərdə keçirilən aksiyalarda iştirak edənlərin sayının Rusiya Prezidenti Vladimir Putini dəstəkləyənlərlə müqayisə çox az olduğunu vurğulayıb: “Hazırda bir çoxları icazəsiz aksiyalara çoxlu sayda insanın çıxdığını söyləyir. Xeyr, aksiyalara az insan çıxıb, insanların çoxu Putinə səs verir. Eyni zamanda insanların çoxu Konstitusiyaya dəyişikliklərə səs verib. Əgər rəqəmlər müqayisə olunsa, aksiyalarda iştirak edənlərin sayının nə qədər az olduğunu anlayarsınız. Bütün fikirlərə hörmətlə yanaşırıq, ancaq qəti olaraq qanunsuz aksiyalara qarşıyıq”.
Xatırladaq ki, bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova ABŞ səfirliyinin açıqlamasının ikitərəfli münasibətlərə neqativ təsir göstərdiyini bəyan edib.
Qeyd edək ki, dünən rusiyalı bloger Aleksey Navalnının azad olunması tələbi ilə Rusiyanın müxtəlif regionlarında aksiyalar keçirilib.
Oxunub: 710
Oxşar xəbərlər
- Ukrayna Baş Qərargahı: “Rusiyanın daha 45 qanadlı raketi, 4 helikopteri vurulub”
- Zelenski: “Bir ayda Ukrayna ordusu İran istehsallı 233 “Şahed” PUA-sını məhv edib”
- Ceyhun Bayramov: “Müstəqilliyimizə dəstəyə görə qardaş Özbəkistana minnətdarıq”
- Nazirlik nümayəndəsi: “İndiyədək Xocavənddə 25 nəfərin meyitinin qalıqları aşkarlanıb”
- Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiyanın 44 tankı məhv edilib"
- BNA: "147 avtobusun hərəkət intervalında gecikmə var"
- Xanlar Vəliyev: “Ötən 8 ayda qeydə alınmış cinayətlərin 99 faizi açılıb”
- DİN: "Razılaşdırılmamış aksiyanın qarşısı alınacaq"
- Heydər Məmmədov: "Prokurorluqda israfçılığa yol verilməməsi üçün bir çox işlər görülüb"
- Azərbaycan XİN: "Ermənistan bölgədə vəziyyəti gərginləşdirmək istəyir"