Bakıda beş avtomobil toqquşub - FOTO


20:55     24 Yanvar 2021 21_01_24_1611505755.jpg

Bakının Xətai rayonunda "Toyoto" markalı avtomobil yüksək sürətlə 4 avtomobilə çırpılıb.

Femida.az xəbər verir ki, hadisə Nobel prospektində qeydə alınıb.

Ağayev Vüsal Əhməd oğlu idarə etdiyi avtomobil əvvəlcə Ruslan Mircəfərovun idarə etdiyi eyni markalı avtomobilə çırpılıb.

V.Ağayevin idarə etməsindən çıxan maşın daha sonra ard-arda "Renault", "Skoda" və "Dodge" markalı nəqliyyat vasitələrinə çırpılıb.

Hadisə yerinə hüquq-mühafizə orqanın əməkdaşları cəlb edilib.

Açar sözlər:

Oxunub: 736