Azərbaycanda bütün mağazalar açıldı


09:45     25 Yanvar 2021 magaza-orta-standlari-08.jpg


Bu gündən Azərbaycanda koronavirusun geniş yayılmasının qarşısının alınması üçün sərtləşdirilmiş xüsusi karantin rejimi çərçivəsində ticarət obyektlərinin fəaliyyətinə tətbiq edilən qadağa aradan qaldırılıb.

Femida.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərara əsasən, ticarət obyektlərinin fəaliyyəti 2021-ci il 25 yanvar saat 00:00-dan etibarən bərpa olunub.

2021-ci il 1 fevral saat 00:00-dan etibarən ölkə ərazisində ictimai iaşə obyektləri, eləcə də restoran, kafe və çay evləri və bu kimi digər məkanlarda müştərilərə saat 06:00-dan 00:00-dək yerində xidmətlər bərpa olunacaq.

Femida.az

Açar sözlər:

Oxunub: 577